İranda ötən sutka ərzində 12 957 nəfər koronavirusa (COVID-19) yoluxub, 226 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 135 952 nəfərə, yoluxanların sayı isə 7 011 932 nəfərə çatıb. Virus daşıyıcılarından 4 110 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 579 768 nəfər koronavirusdan sağalıb, 46,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 141 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 22,7 milyon təşkil edir.