Rusiya Prezidenti Vladimir Putinlə Pakistanın Baş naziri İmran Xan arasında görüş başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, görüş Kremldə keçirilir.
Rusiya lideri həmkarını salamlayaraq onu söhbətə dəvət edib.
Qeyd edək ki, Pakistan liderinin Moskvaya səfəri son 23 ildə ilk səfərdir. Pakistanın baş naziri sonuncu dəfə Rusiyaya 1999-cu ilin martında səfər etmişdi, o zaman bu vəzifəni Navaz Şərif tuturdu.
Ağarza Elçinoğlu