Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili müalicə olunması üçün onun Kiyevə göndərilməsini istəyib.
"Unikal" yerli gürcü KİV-yə istinadən xəbər verir ki, bu barədə o, ölkə hakimiyyətinə müraciət edib. Bundan sonra o, Tbilisiyə qayıdacaq və həbs müddətini davam etdirəcəyini vəd edib.
"Bilirsiniz ki, həbsxanada aldığım xəsarətlər nəticəsində məndə ağır nevroloji vəziyyət yaranıb... Bu, təcili müalicə tələb edir. Sizə müraciət edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyinin təklifi ilə razılaşaraq mənim Ukraynaya tibbi transferimi həyata keçirəsiniz. Vəziyyət sabitləşənə qədər məhkəmə qərarını müvəqqəti təxirə salın. Mən Ukrayna vətəndaşıyam, Ukrayna İslahatlar Şurasının hazırkı sədriyəm", - Saakaşvili Tbilisidə keçirilən növbəti məhkəmə iclasında bildirib.
Ağarza Elçinoğlu