İsrailin xarici işlər naziri Yair Lapid keçirdiyi mətbuat konfransında Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəyərləndirib.
"Unikal" xəbər verir ki, o, Rusiyanın Ukraynaya hücumu dünya nizamına böyük bir hücum olduğunu vurğulayıb.
"Müharibələr münaqişələrin həlli üçün düzgün yol deyil. Biz bunu (hücumları) dayandırıb sülh yolu ilə həll üçün danışıqlar masasına qayıda bilərik. İsrailin həm Rusiya , həm də Ukrayna ilə çoxdan yaxşı və dərin münasibətləri var. Hər iki ölkədə yüz minlərlə İsrail vətəndaşı var. Yəhudilər var. Onları qorumaq bizim əsas prioritetimizdir".