"Biz müəyyən şərtlər daxilində Ukrayna ilə görüşəcəyik. Əgər Ukrayna rəhbərliyi bu barədə danışmağa hazırdırsa..."
"Unikal" xəbər verir ki, bu barədə Kremlinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Kremlin sözçüsü, "müəyyən şərtlər daxilində" Ukrayna rəhbərliyi ilə görüşə biləcəklərini ifadə edərək, "Bu şərtlər neytrallıq vəziyyəti və silahların yerləşdirilməsindən imtina ilə bağlıdır. Əgər Ukrayna rəhbərliyi bu barədə danışmağa hazırdırsa", - deyə bildirib.
Hərbi əməliyyatın müddətinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən qərar veriləcəyinə işarə edən Peskov, "Məqsədləri Putin tərəfindən Ukraynanın tərksilahı və millətsizləşdirilməsi olaraq təyin olunub. Həm ölkəmiz, həm də xalqımız üçün təhlükə yaradır. Vaxt çərçivəsi nəticələrdən və tərəqqidən asılı olacaq və təbii ki, Putin tərəfindən müəyyən ediləcək”, - deyə ifadə edib.
Ukraynaya qarşı hərbi əməliyyatın başlaması ilə Rusiya bazarlarında və rublun dəyər itirməsindən danışan Peskov, “Bazarların emosional reaksiyası artıq proqnozlaşdırılırdı və reaksiya müddətinin mümkün qədər qısa olması üçün bütün lazımi tədbirlər görüldü" deyib.
Peskov bildirib ki, Putin bu gün Rusiyadakı şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə də görüşəcək.