Rusiyanın Ukraynaya qarşı hücumu zamanı Rusiya tərəfi Kiyev və Xarkovda sabitliyi pozmaq istəyir. Yekun məqsəd Ukrayna rəhbərliyini "kuklaya" çevirməkdir.
"Unikal" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak brifinq zamanı deyib.
"Bir sıra şəhərlərdə, ilk növbədə, Xarkov və Kiyevdə vəziyyətin sabitliyini pozmağa cəhd var. Anladığım qədər, əsas vəzifə ölkənin ali rəhbərliyini vəzifədən uzaqlaşdırmaq, maksimum çaxnaşma yaratmaq və sonra işə başlamaqdır... Yəni, bütün rəhbərlik uzaqlaşdırsın ki, qanuni hakimiyyət olmasın, sonra da onların bəzi marionetləri Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərə dair paktı qəbul etsinlər", - Podolyak bildirib.
Ağarza Elçinoğlu