Rusiya Ordusunun zərbələri nəticəsində 74 yerüstü hərbi infrastruktur obyekti məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov açıqlama verib.
“Hərbi Hava Qüvvələrinin 11 aerodromu, 3 komanda mərkəzi, Hərbi Dəniz Qüvvələrinin bazası, həmçinin, S-300 və ”Buk-M1” zenit-raket komplekslərinin 18 radiolokasiya stansiyası məhv edilib”, - o vurğulayıb.