Xəbər verdiyimiz kimi, Rusiya hərbçiləri Ukraynaya aid 2 ədəd hərbi maşını ələ keçirərək sürətlə paytaxt Kiyevə tərəf irəliləyirdi.

"Unikal" xəbər verir ki, Ukraynanın siyasi və dövlət xadimi Anton Geraşenko "Facebook" hesabında paylaşdığı görüntülərdə rus desantlarının zərərsizləşdirildiyini qeyd edib. 

Sözügedən hərbi maşınların ardınca gələn rus hərbi kolonundan isə xəbər yoxdur. 

xxx

11:21

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin iki avtomobilini ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Facebook" səhifəsində bildirib. 

O, qeyd edib ki, ruslar "Ukrayna hərbçilərinin uniformasına keçib və Obolondan yüksək sürətlə Kiyevin mərkəzinə doğru hərəkət edirlər. Onların ardınca rus hərbi yük maşınlarının kolonu gəlir.

Onlar mütləq zərərsizləşdiriləcəklər". 

Ağarza Elçinoğlu