Rusiya hava-desant bölmələri Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı ərazini tam nəzarətə götürüb.
"Unikal" “Zvezda” telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Xüsusi hərbi əməliyyat zamanı Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturunun 118 hərbi obyektini sıradan çıxarıb. Onların arasında 11 hərbi hava limanı, Ukrayna Silahlı Qüvvələrinin 13 idarəetmə məntəqəsi və rabitə məntəqəsi, 14 S-300 və Osa zenit-raket kompleksləri, 36 radar stansiyası var”, - Konaşenkov bildirib.
Bundan əlavə, 18 ədəd zirehli texnika, o cümlədən tanklar, 7 yaylım atəşi reaktiv sistemi, 41 ədəd xüsusi texnika və 5 döyüş motorlu qayıq məhv edilib.