Rusiyanın 58 şəhərində Rusiyanın Ukraynaya təcavüzünə qarşı etirazlar keçirilib.
"Unikal" "OVD-İnfo"ya istinadən xəbər verir ki, küçələrə çıxan 1820 nəfər saxlanılıb.
Ukrayna ilə müharibəyə qarşı aksiya bir gün əvvəl Puşkinin abidəsi yaxınlığında keçirilib. İzdihamda "Müharibəyə yox!" şüarı səsləndirilib. O cümlədən, üç müxbir saxlanılıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi daha əvvəl "gərgin xarici siyasi vəziyyətə görə" və "icazəsiz aksiyaların təşkili və keçirilməsi üzrə hərəkətlərə" görə məsuliyyət barədə xəbərdarlıq etmişdi.
Onlarla rusiyalı məşhurlar Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxış edib. Moskvadakı Vsevolod Meyerhold Mərkəzinin direktoru Yelena Kovalskaya bildirib ki, o, Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq bu vəzifəni tərk edir: "Qatil üçün işləmək və ondan maaş almaq mümkün deyil. Başlanmış işləri könüllü olaraq başa çatdıracağam", - Kovalskaya öz paylaşımında deyib.
Ağarza Elçinoğlu