“Kiyev Rusiyanın Ukraynadakı fəaliyyətləri ilə əlaqədar Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək”.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün “Twitter” hesabından xəbər verib.
“Rusiya Federasiyası qoşunlarının uşaq bağçasına və uşaq evinə bugünkü hücumları müharibə cinayətləri və Roma nizamnaməsinin pozulmasıdır. Baş Prokurorluqla birlikdə biz bu və digər materialları toplayırıq, onları dərhal Haaqa məhkəməsinə təhvil verəcəyik. Məsuliyyət qaçılmazdır”, - deyə nazir bildirib.
Today’s Russian attacks on a kindergarten and an orphanage are war crimes and violations of the Rome Statute. Together with the General Prosecutor’s Office we are collecting this and other facts, which we will immediately send to the Hague. Responsibility is inevitable.
— Dmytro Kuleba (@DmytroKuleba) February 25, 2022