Son 48 saat ərzində 50 mindən çox ukraynalı ölkəsini tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. O, qeyd edib ki, Ukraynanı tərk edənlərin böyük əksəriyyəti Polşa və Moldovaya üz tutub.
F. Qrandi ölkə sərhədlərinə doğru hərəkət edənlərin sayının davam etdiyini açıqlayıb.