Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına çağırış edib.
"Unikal" xəbər verir ki, videomüraciət Boris Consonun rəsmi tviter hesabında paylaşılıb. O, çıxışı zamanı hər iki ölkəyə öz dillərində, yəni həm rus, həm də Ukrayna dilində səslənib.
“İnanmıram ki, bu müharibə sizin adınızdandır”, - deyə Conson rus dilində deyib.
Bunun ardınca, Baş nazir nitqini Ukrayna dilində davam etdirib: “Çünki dünyaya azad və suveren Ukrayna lazımdır”.