Gürcüstanda ötən sutkada daha 6 236 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 14 909 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 598 172 nəfər yoluxub. Onların 1 477 481-i sağalıb, 16 097-si ölüb.