Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 631 yoluxma halı qeydə alınıb.

"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 419 423 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 20 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 8433 nəfərə yüksəlib.