İranda ötən sutka ərzində 224 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 136 390 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 7 039 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 030 943 nəfərə çatıb.