"Ukrayna prezidenti Vladimir Zelenski təcili olaraq Kiyevi tərk edib və onu müşayiət edən şəxslərlə Lvovdadır".
"Unikal" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.
“Zelenski tələsik Kiyevi tərk etdi. O, dünən Ukrayna paytaxtında olmayıb. O, ətrafı ilə birlikdə Lvovdadır”, - spiker yazıb.
O, həmçinin qeyd edib ki, sosial şəbəkələrdə yayımlanan videolar Zelenskinin iştirakı ilə əvvəlcədən lentə alınıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti sosial şəbəkədə ölkə vətəndaşlarına videomüraciətini yayıb. O, Bankovo küçəsində olduğunu qeyd edərək, Kiyevdə olduğunu təsdiqləyib.
Gülayə Mecid