Almaniyanın keçmiş kansleri Angela Merkelin Berlində alış-veriş edərkən pul kisəsi oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb. Bildirilir ki, oğurluğun Şarlottenburq rayonunda yerləşən supermarketlərdən birində baş verib.
Polis qadının adını çəkmədən “67 yaşlı qadın”ın quldurluqla bağlı ərizəsini aldığını təsdiqləyib. Pulqabıda şəxsiyyəti təsdiq edən sənəd, debet kartı, sürücülük vəsiqəsi və nağd pul olub.
DPA xəbər verir ki, keçmiş kansleri alış-veriş zamanı ən azı bir mühafizəçi müşayiət edib. Polis cinayətlə bağlı araşdırma aparır. “Bild” xəbər verir ki, Merkelin pul kisəsi ərzaq arabasından asılmış çantada olub. Məsələ ilə bağlı Merkelin ofisi "Deutsche Welle"yə şərh verməkdən imtina edib.
Qeyd edək ki, Merkel hətta baş nazir olanda da alış-verişə getməklə tanınıb. O, 16 il Almaniya kansleri postunu tutub.