Rusiya lideri Putinin əmri ilə rus qüvvələri Ukraynaya hücum edib. Ukraynanın bir çox şəhərləri, o cümlədən Kiyev ağır zərbələrə məruz qalıb. Onlarla dinc sakin həyatını itirib. Prezident Zelenskinin rəhbərliyi ilə Ukrayna ordusu ruslara qarşı çıxır və bəzi nöqtələrdə ağır toqquşmalar gedir.
"Unikal" xəbər verir ki, dünya bölgədəki prosesləri diqqətlə izlədiyi bir vaxtda sosial mediada paylaşılan bir video gündəm olub.
Sözügedən görüntülərdə Ukrayna Silahlı Qüvvələrinin səhra komandiri rus əsgərlərinə "Bayraktarları bəyənirsinizmi? Başınızın üstündə nə dalğalanır sizcə? Sizinlə döyüşmək üçün hər şeyimiz var. Ən yaxşısı təslim olun. Hələlik əsir götürürük. İmkanınız olanda qaçın”, -deyə səslənib.
Komandirin bu hərəkəti sosial mediada qısa zamanda izləmə rekordu qırıb.