“Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlara başlanılıb”.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Nazir həmçinin bildirib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.
Qeyd edək ki, ABŞ hökuməti də Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.