Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Şabia Mantu Ukraynadakı mülki şəxslərin vəziyyəti ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, açıqlamada BMT Rusiyanın Ukraynaya hücumundan sonra 100 mindən çox dinc sakinin ölkə daxilində didərgin düşdüyünü, 116 min dinc sakinin beynəlxalq sərhədləri keçərək qonşu ölkələrə sığındığını bildirib.
"Böyük hərəkətlər beynəlxalq sərhədlərə və onların üzərindən xəbər verilir. Vəziyyət çox acınacaqlıdır və hər saat dəyişir", - deyə sözçü ifadə edib.