Türkiyə prezidenti Rəcəb Tayyib rusiyalı həmkarı Vladimir Putini Ukraynada gərginliyin azaldılmasını müzakirə etmək üçün Türkiyəyə dəvət edib.
"Unikal" xəbər verir ki, o, bu barədə hakim partiyanın iclasında bildirib.
“Türkiyə sülhün tərəfdarıdır. Cənab Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim”, - Ərdoğan deyib.