Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modi ilə görüşüb.
"Unikal" xəbər verir ki, Zelenski "Twitter" hesabında Modi ilə görüşü barədə paylaşım edib.
Zelenski görüş zamanı Rusiyanın təcavüzü barədə Modini məlumatlandırdığını, ölkəsində 100 mindən çox işğalçının olduğunu bildirib.
Hindistandan israrla Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ölkəsinə siyasi dəstək verməsini istədiyini qeyd edən Zelenski, “Təcavüzkarı birlikdə dayandıraq” deyə ifadə edib.