Ukraynanın Odessa şəhərinin səmasında Rusiyaya məxsus hərbi təyyarə vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Milli Müqavimət Partiyasının ictimai qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Rusiyanın SU-30 təyyarəsini vurub.