Ukraynanın Xarkov şəhərində Milli Qvardiya hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.
Kəşfiyyatçılarda, o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd - 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.