Rusiyanın Ukraynadakı hücumunu cilovlamaq üçün Rəqəmsal Transformasiya Nazirliyi IT ordusunun yaradıldığını elan edib.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə idarənin rəhbəri Mixail Fedorov məlumat verib.
“Rəqəmsal sahədə çoxlu istedadlı ukraynalılarımız var: tərtibatçılar, kibermütəxəssislər, dizaynerlər, kopirayterlər, marketoloqlar, hədəfoloqlar və s.”, - deyə o, bildirib.
Onun sözlərinə görə İT Ordusu üçün əməliyyat tapşırıqları tezliklə təqdim olunacaq .