"Rusiya ağır itkilərə görə əməliyyata fasilə verib və Kiyevin qərbində qüvvələrini toplamaqda davam edir".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksiy Arestoviç jurnalistlərə açıqlamasında deyib.
"Düşməndə əməliyyat fasiləsi var. Lakin bu, öz istəyi ilə alınmayıb və bu, onun Ukrayna müdafiəçilərinin mövqelərinə hücuma cəhd edərkən verdiyi ağır itkilərlə bağlıdır", - Aretoviç bildirib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya qüvvələrinin Kiyevdən qərbə toplanması davam edir, buna Silahlı Qüvvələr artilleriya zərbələri endirir və düşmən böyük itki verir.
“Biz onları ləngitmişik, indi onlar Kiyevə doğru hərəkət etmirlər”, - müşavir bildirib.