Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna səfiri Vasili Bodnarı və onun xanımını qəbul edib.

"Unikal" xəbər  verir  ki, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

 

“Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Türkiyə vətəndaşlarının təxliyəsi zamanı göstərdikləri dəstəyə görə Ukrayna hakimiyyətinə təşəkkür edirik”, - deyə, o,  bildirib.