Goranboyda qohumlar arasında baş verən dava qanla bitib.

"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı rayonun Qaraçinar kəndində baş verib.

Belə ki, həmin kənddə məskunlaşmış Kəlbəcər rayon məcburi köçkünü olan 1994-cü il təvəllüdlü Z.Oruclunun evinə Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü F.Qəhrəmanlı gəlib.

Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı Z.Oruclu münaqişə zəminində qohumu, 1993-cü il təvəllüdlü F.Qəhrəmanlıya bıçaqla əlindən xəsarət yetirib.

Hadisənin bəzi təfərrüatları məlum olub. Belə ki, F.Qəhrəmanlının həyat yoldaşı evdən küsərək qardaşı Z.Oruclunun evinə gəlib. Bundan sonra F.Qəhrəmanlı Qaraçinar kəndinə gedərək həyat yoldaşını aparmaq istəyib.

Elə bundan sonra qohumlar arasında mübahisə düşüb. Nəticədə hər ikisi bir-birinə xəsarət yetiriblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Əhmədov