Rusiya bundan sonra ABŞ-a raket mühərrikləri verməyəcək.
"Unikal"ın "Rossiya 24"ə istinadən verdiyi xəbərə görə, bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib.
"Bu gün biz "Enerqomaş" Elmi-İstehsalat Birliyinin istehsalının ABŞ-a tədarükünü dayandırmaq qərarına gəldik", - deyə o bildirib.
Qeyd olunub ki, bu, ilk növbədə , "Atlas-5" raketinin əsas mühərrik kimi uçduğu RD-180 və Antares raketinin birinci pilləsində istifadə olunan RD-181 mühərriki haqqındadır.
Roqozin əlavə edib ki, Amerikada istifadə edilən qalan 24 mühərrik üçün də xidmət dayandırılacaq.
Roqozin ABŞ-ı indi "süpürgələrində" uçmağa çağırıb.
Ağarza Elçinoğlu