Rusiya yaxın günlərdə Ukraynaya daha 1000-ə qədər muzdlu əsgər göndərəcək.
"Unikal" "CNN"ə istinadən xəbər verir ki, bu barədə Qərb kəşfiyyatının yüksək rütbəli nümayəndəsi xəbərdarlıq edib. Onun fikrincə, Moskva “şəhərləri ələ keçirmək üçün bombalaya” bilər, bu da mülki əhalinin xeyli itkisinə səbəb ola bilər.
"Biz onların (muzdlular) işə götürüldüyünə dair bəzi əlamətlər gördük", - rəsmi bildirib.
Rəsminin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi ikinci həftədir ki, davam etdiyi üçün muzdluların qüvvələri zəifləmiş bölmələri gücləndirəcək.
Rəsmi əlavə edib ki, Birləşmiş Ştatlar artıq Ukraynada olan muzdluların “ukraynalıların gözlənildiyindən daha sərt müqaviməti qarşısında zəif çıxış etdiyinə” inanır və fevralın sonunadək müharibə zamanı 200-ə yaxın belə muzdlu öldürülüb.