Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 443 777 392 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 989 857 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 250 509 nəfərə çatıb, 958 144 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 957 477 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 514 878 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 28 978 052 nəfər virusa yoluxub, onlardan 651 522 nəfəri ölüb.
Yoluxma sayına görə dördüncü olan Fransada indiyədək virusa 23 137 902 yoluxma, 140 144 ölüm halı qeydə alınıb.