Almaniyanın BMW AG avtomobil istehsalçısına məxsus Britaniyanın Rolls-Royce şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya avtomobil tədarükünü müvəqqəti dayandırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
“Regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə biz Rusiya bazarına avtomobil tədarükünü dayandırırıq. Biz vəziyyəti və biznesimiz üçün mümkün nəticələri qiymətləndirməyə davam edirik", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Bundan əvvəl Almaniyanın "Porsche" şirkəti də Rusiya bazarına avtomobil idxalını dayandırdığını bəyan etmişdi.
Gülayə Mecid