Bakının Nizami rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Azər Əliyev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən onun qarşısına qəfil piyada çıxıb. Sükana nəzarəti itirən sürücü nəqliyyat vasitəsini yol kənarında dayanan “VAZ-2106” markalı avtomobilə çırpıb.

Zərbənin təsirindən “VAZ-2106” yaxınlıqdakı şadlıq evinin divarına çırpılaraq yararsız hala düşüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ümumilikdə iki nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.