"Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Belarusda keçirilən danışıqlarda bəzi müsbət irəliləyişlər qeydə alınıb".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var. Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - Podolyak qeyd edib.