Balakəndə kafedə yanğın olub.

"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Balakən rayonunun Qabaqçöl qəsəbəsində ümumi sahəsi 126 m² olan kafe kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.