Ukraynada daha bir rus generalı öldürülüb.
"Unikal" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, Andrey Kolesnikov adlı general-mayor Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı idi.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
Qeyd edək ki, bu yaxınlarda rusiyalı hərbçi general-mayor Vitali Gerasimov və bir sıra digər yüksək rütbəli zabitlər Xarkov yaxınlığında məhv edilib.
Ağarza Elçinoğlu