Bakı metrosunda qatarların hərəkətində yubanma olub.
"Unikal" bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
"Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq", - QSC-dən bildirilib.
Qeyd edilir ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.