Bu gün G7 xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə bağlı onlayn konfrans keçirəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
"Martın 17-də xarici işlər naziri Yoşimasa Hayaşi onlayn rejimdə keçiriləcək G7 xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bu görüşdə nazirlər Ukraynadakı vəziyyətlə bağlı məlumat mübadiləsini və mövcud çağırışlara gələcək cavablar barədə fikir mübadiləsi aparmağı planlaşdırırlar ", - bəyanatda deyilir.
Qeyd olunur ki, daha əvvəl G7 xarici işlər nazirləri Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bir-biri ilə əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Gülayə Mecid