Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu, ölənlərin sayı isə 6,05 milyonu ötüb.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Gün ərzində yoluxanların sayı 1 679 216, ölənlərin sayı 1 751 nəfər artıb. Bununla da dünyada 460 280 168 nəfərin virusa yoluxması və 6 050 018 pasiyentin ölməsi təsdiqlənib.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlükdədir. ABŞ yoluxanların və COVID-19 infeksiyası səbəbindən ölənlərin sayına görə dünyada birinci pillədədir. Ölkədə koronavirusa yoluxanların sayı 78 865 157 nəfərə çatıb, 958 609 nəfər infeksiya səbəbindən vəfat edib. İkinci yerdə qərarlaşan Hindistanda 42 998 938 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 072 nəfər ölüb. Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 380 063 nəfər virusa yoluxub, onlardan 655 249 nəfəri ölüb.