Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukrayna lideri Zelenski ABŞ mediasına müsahibə verib.
"Unikal" xəbər verir ki, "NBC News"a danışan Zelenski, “ Rusiya Üçüncü Dünya Müharibəsini başlatmış ola bilər. Putinin Ukraynaya təcavüzünün nəticələri hələlik məlum deyil, lakin bu hücumun genişmiqyaslı qlobal müharibəyə çevrilməsi ehtimalı var", - ifadəsini işlədib.
“Heç kim bilmir ki, müharibə başlayıb, ya yox. Biz bunu 80 il əvvəl İkinci Dünya Müharibəsi başlayanda heç kim müharibənin genişmiqyaslı olacağını proqnozlaşdırmırdı. Bu müharibə bütün sivilizasiyanı risk altında qoyur", - deyə müsahibəsində bildirib.
Gülayə Mecid