Son 24 saat ərzində Rusiyanın Çerniqovu atəşə tutması nəticəsində 53 dinc sakin həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.
“Düşmən şəhəri sistemli artilleriya və hava zərbələrinə məruz qoyur, Çerniqovun mülki infrastrukturunu məhv edir. Son 24 saat ərzində ruslar tərəfindən öldürülən 53 qurbanın cəsədi morqa gətirilib. Ukrayna silahlı qüvvələri cavab zərbələri endirir. Düşmən təşviş içərisindədir və itkilər verir”, - deyə vilayət dövlət administrasiyasının rəhbəri bildirib.
Gülayə Mecid