Ukrayna hərbçiləri Xarkovda yeni 437-ci təlim alayının texnika kolonunu və Rusiya Silahlı Qüvvələrinin 47-ci tank diviziyasının 26-cı tank alayının batalyon taktiki qrupunu məhv ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

"Düşmən əsgərlərimiz tərəfindən məharətlə dayandırıldı", - deyə Zalujnı "Facebook"da yazıb.

O, Ukrayna artilleriyasının işinin nəticələrini əks etdirən videonu da paylaşıb. 

Ağarza Elçinoğlu