Bosniya və Herseqovinanın ( BH ) NATO-ya üzv olub-olmamaq barədə qərar vermək hüququ var, lakin Moskva belə bir ehtimala reaksiya vermək hüququnu özündə saxlayır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov bildirib.
"Əgər o (Bosniya və Herseqovina) nəyinsə iştirakçısı olmaq qərarına gəlsə, bu, daxili məsələdir. Amma bizim reaksiyamız başqa məsələdir. Biz Ukrayna nümunəsindən istifadə edərək, nə gözlədiyimizi göstərdik. Təhdid olarsa, reaksiya verəcəyik", - Kalabuxov bildirib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin rəhbəri Zeljko Komşiç Rusiyanın BH-dəki səfirinin bəyanatını pisləyib.
Komşiç qeyd edib ki, Bosniya və Herseqovinanın NATO-ya üzv olmaq qərarı yalnız Bosniya və Herseqovina qurumlarının qərarı ola bilər, Bosniya və Herseqovinaya hücum üçün bəhanə ola bilməz.
Qeyd edək ki, Bosniya və Herseqovina 2010-cu ildə NATO tərəfindən Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq üçün dəvət olunub.
Ağarza Elçinoğlu