Rusiya Qara dənizdən Lvovda altı qanadlı raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Qərb Hava Komandanlığı məlumat yayıb.
“Rusiya raketləri Lvov hava limanı yaxınlığındakı əraziyə düşüb. İlkin məlumatlara görə, Qara dənizdən 6 qanadlı raket, ehtimal ki, X-555 atılıb. İki raket Qərb Hava Komandanlığının zenit-raket kompleksləri tərəfindən məhv edilib”, - məlumatda deyilir.
Həmçinin bu gün 06:25-də Lvovda partlayışlar baş verib. Mer Andriy Sadovy qeyd edib ki, raketlər hava limanının yaxınlığında düşüb və təyyarə təmiri zavodunu məhv edib. Hazırda ölən və yaralanan yoxdur. Hadisə yerində xilasedicilər və müvafiq kommunal xidmətlər işləyir.
Gülayə Mecid