Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russia Today” telekanalına müsahibə verib.
"Unikal" xəbər verir ki, o, müsahibəsində ABŞ-ı dünyanı Amerika salonu kimi görmək istədiyini ifadə edib. Rusiya xarici işlər naziri Amerika hökumətini “Sem dayı” adlandıraraq “Dünyada Sem dayıdan əmr almaq istəməyən bir çox ölkə var” deyib.
Sergey Lavrov bəyan edib ki, onların məqsədi Ukrayna ərazisindən Rusiyaya qarşı hər hansı təhlükəni aradan qaldırmaqdır.