Şəmkirdə intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Kənd sakini Ayşən Hacıyeva yaşadığı evdə özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə taplılıb. Meyit müayinə olunması üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib.
Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.