Bakıda 2 nəfərdən silah-sursat götürülüb.
Bu barədə "Unikal"Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Teymurovdan “CZ-27” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.
Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində paytaxt sakini Y.Abdullayev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xətai RPİ-nin 34-cü PŞ-nə təhvil verilib.