Gəncədə güclü külək evin divarını uçurdub.
"Unikal" xəbər verir ki, hadisə şəhəri Nizami Gəncəvi prospektində qeydə alınıb.
Güclü külək nəticəsində yolun kənarında dayana ana və az yaşlı qızının üzərinə evin divarına çəkilmiş üz daşları düşüb. Nəticədə hər iki şəxs ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Həmçinin şəhərin Gülüstan qəsəbəsində güclü külək yaşayış binasının dam örtüyünü uçurub.