Rusiyanın Estoniyadakı səfirliyinin dəftərxanasının üzərindəki dövlət bayrağı naməlum şəxslər tərəfindən qopardılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin tviter səhifəsində məlumat paylaşılıb.
“Martın 19-da Tartu şəhərindəki səfirliyin dəftərxanasının üzərindən Rusiya bayrağı qoparılıb. Bu cinayəti törədənlər cəzalanacaq, Rusiyanın bayrağı öz yerinə qaytarılacaq” - məlumatda deyilir.